Tarix : 2015 Apr 21
Kod 45738

General Dehqan :İran Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə hazırdır

İİR müdafiə naziri Azərbaycan Respublikasının ərazi bütövlüyünün mühafizə edilməsini və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini vurğulayaraq deyib: Regionun həssas şəraitini nəzərə alaraq Qarabağ böhranının gərginləşməsinin əleyhinəyik

Arannews -  İran İslam Respublikasının müdafiə naziri Bakıda azərbaycanlı həmkarı ilə görüşündə deyib: İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsinin dinc yola həllinə yardım göstərməyə hazırdır.

İİR müdafiə naziri Hüseyn Dehqan Azərbaycan Respublikasına səfərində bu ölkənin müdafiə naziri Zakir Həsənovla görüşərək qarşılıqlı, regional və beynəlxalq məsələləri müzakirə edib. General Dehqan region və dünyada təhlükəsizlik durumunun gərgin olduğunu, terrorizmin və əmn-amansızlığın yayılması təhlükəsini xatırladaraq Tehran ilə Bakı arasında müdafiə və hərbi əməkdaşlıqların genişləndirilməsinin vacibliyini vurğulayıb. İİR müdafiə naziri Azərbaycan Respublikasının ərazi bütövlüyünün mühafizə edilməsini və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini vurğulayaraq deyib: Regionun həssas şəraitini nəzərə alaraq Qarabağ böhranının gərginləşməsinin əleyhinəyik. General Dehqan regiondan kənar ölkələrin Qarabağ münaqişəsinin həlli üçün siyasi iradəyə malik olmadıqlarını və özlərinin region ölkələrinə nüfuzlarını genişləndirmək və davam etdirmək məqsədi ilə bu münaqişənin uzanmasında maraqlı olduqlarını xatırladaraq deyib: İran İslam Respublikası bir daha Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə kömək etməyə hazır olduğunu bildirir. General Dehqan İranın Müdafiə Nazirliyinin müxtəlif sahələrdəki qabiliyyətlərini açıqlayaraq Xəzəryanı ölkələrin müxtəlif sahələr, o cümlədən terrorizm, ifratçılıq və narkotiklərin qaçaqmalçılığı ilə mübarizə sahəsində möhkəm müqavilə və koalisiya çərçivəsində müdafiə və təhlükəsizlik əməkdaşlıqlar aparmalarının vacibliyini vurğulayıb. Bu görüşdə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov da İİR-in silahlı qüvvələrinin texniki imkanları və müdafiə gücünü yüksək qiymətləndirərək deyib: Biz bu gücü İİR ordusunun 29 fərvərdin (18 aprel) Ordu Günü münasibəti ilə keçirdiyi paradda müşahidə etdik və ona öyünürük. Azərbaycanın müdafiə naziri iki ölkə arasında əldə olunmuş razılaşmaların icrasını sürətləndirmək üçün İran və Azərbaycanın müdafiə nazirlərinin həmsədrliyi ilə müştərək hərbi-müdafiə əməkdaşlıqları komisiyasının yaradılmasını vacib hesab edərək deyib: Biz bütün sahələrdə İran İslam Respublikası ilə əməkdaşlıq etməyə hazırıq.

  • Yazılıb
  • da (də) 2015 Apr 21