Tarix : 2015 Apr 21
Kod 45737

IIR müdafiə naziri Azərbaycan prezidenti ilə görüşüb

Azərbaycan Respublikası prezidenti bu görüşdə iki ölkə arasında müdafiə səviyyəsinin yüksəldilməsini tam dəstəkləyərək ümidvarlıq edib ki, bu səfər Tehran və Bakı arasında müdafiə və hərbi əməkdaşlıqlarının daha da genişlənməsi və möhkəmlənməsi ilə nəticələnəcək

Arannews -  Azərbaycan Respublikası müdafiə nazirinin rəsmi dəvəti ilə bu ölkəyə səfər edən İranın müdafiə naziri Azərbaycan prezidenti İlham Əliyevlə görüşərək ikitərəfli, regional və beynəlxalq önəmli məsələlər barədə danışqlar aparıb.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev bu görüşdə iki ölkə arasında müdafiə səviyyəsinin yüksəldilməsini tam dəstəkləyərək ümidvarlıq edib ki, bu səfər Tehran və Bakı arasında müdafiə və hərbi əməkdaşlıqlarının daha da genişlənməsi və möhkəmlənməsi ilə nəticələnəcək
.

İlham Əliyev əlavə edib ki, İranın stabillik, təhlükəsizlik və inkişafını Azərbaycanın təhlükəsizlik və inkişafı hesab edirik və elə buna əsasən İran İslam Respublikasının əsasən də sülhməramlı nüvə fəaliyyətləri barəsindəki mövqeyini dəstəkləyir və bu qənaətdəyik ki, heç bir amil bununla əlaqədar Azərbaycanın mövqeyinə təsir göstərə bilməz .

Təkfirçi-terrorçu qruplaşmalarla mübarizədə eyni mövqelərin olduğunu qeyd edən İlham Əliyev bildirib: Region ölkələri bir-birləri ilə hərtərəfli və ciddi şəkildə əməkdaşlıq etməklə bu regional təhdidi aradan qaldırmalı və təhlükəsizlik, sülh və stabilliyin yaranmasına çalışmalıdırlar .

Azərbaycan Respublikası müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvəti ilə bu ölkəyə səfər edən İran İslam Respublikasının müdafiə naziri general-mayor Hüseyn Dehqan da münasibətlərin genişlənməsi üzrə iki ölkə rəhbərlərinin güclü siyasi iradəsini anlaşmaların icrası və gələcək əməkdaşlıqların perspektivinin tənzimlənməsi üçün çox yüksək zəmanət adlandırıb .

"İran İslam Respublikasının xarici siyasəti və müdafiə diplomatiyasında Azərbaycan xüsusi yerə malikdir və iki ölkənin əməkdaşlıqları, xüsusilə də hərbi və müdafiə sahəsindəki əlaqələrinin yüksəldilməsi üçün çoxlu potensiallar mövcuddur" deyən general Dehqan Azərbaycan ordusunun ehtiyac duyduğu təchizatların təmin olunması və müdafiə nünasibətlərinin səviyyəsinin yüksəldilməsi üçün İranın hazırlığını elan edib .

Tənzimlənmiş böhranlar yaratmaq və açıq-aşkar və gizli koalisiyalar qurmaq ylu ilə region ölkələrini təhlükəsizlik və geosiyasi çıxılmaz vəziyyətdə qoymaq üzrə Amerikanın siyasətini bəyan edən Dehqan deyib: ABŞ və sionist rejimin dəstəyi ilə həyata keçirilən Ərəbistanın Yəmənə hərbi hücumu elə bu istiqamətdədir və Yaxın Şərqin vəziyyətinin gərginləşməsi və mürəkkəbləşməsi ilə nəticələnmişdir .

Yəmən böhranına son qoymaq üzrə İran İslam Respublikasının 4 maddəlik layihəsinə toxunan iranlı nazirin sözlərinə görə, atəşkəsin dərhal bərqərar olunması, humanitar yardımların göndərilməsi, yəmənli-yəmənli dialoqun təşkil olunması və hökumətin qurulmasına şamil olan bu layihənin islam ölkələri tərəfindən dəstəklənməsi Yəməndə böhran və qan tökülməsinin qarşısının alınmasının həll yoludur .

İran İslam Respublikası müdafiə naziri həmçinin təkfirçi terrorçuların Mərkəzi Asiya və Qafqazda öz hazırkı vəziyyətini genişləndirmək üzrə proqramlarının olduğunu bəyan edərək deyib: Terrorizmlə mübarizə məqsədilə region ölkəklərinin ciddi əməkdaşlığı onların nüfuzunun və genişlənməsinin qarşısını ala və regionun təhlükəsizlik əmsalını artıra bilər .

General Dehqan Xəzər dənizini sülh və dostluq dənizi kimi xatırlayaraq deyib: Xəzər dənizi silah rəqabəti üçün bölgəyə çevrilməməlidir .

Dehqan vurğulayıb: Xəzər dənizinin bütün məsələləri sırf sahilyanı ölkələr tərəfindən və müzakirə və dinc yolla həll olunasıdır.

  • Yazılıb
  • da (də) 2015 Apr 21