Tarix : 2015 Apr 20
Kod 45736

İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri ikitərəfli əlaqələrin genişləndirilməsinə təkid edib

Iran və Azərbaycanın müsəlman xalqları arasındakı tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi üçün möhkəm dayaq sayılır

Arannews -  Azərbaycan Respublikasının Tehrandakı səfiri İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri ilə görüşüb, danışıqlar aparıb.

İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Ramazanəli Sübhanifər bu gün deyib: İran və Azərbaycanın müsəlman xalqları arasındakı tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi üçün möhkəm dayaq sayılır .

Sübhanifər əlavə edib: İki ölkə parlamentindəki dostluq qrupları əlaqələrin inkişafı yolunda duran maneələrin aradan qaldırılmasında təsirli rol oynaya bilərlər .

İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri daha sonra deyib: iki ölkə arasında imzalanmış anlaşma sənədlərinin icra edilməsi daha artıq inkişafa və xalqın rifahına səbəb ola bilər .

Azərbaycan Respublikasının Tehrandakı səfiri Cavanşir Axundov da iki ölkə arasındakı əlaqələrin inkişaf prosesindən razılıq edib və deyib: İran və Azərbaycan prezidentlərinin mütəmadi şəkildə görüşmələri əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi məsələsində hər iki tərəfin nə qədər əzmkar olduğundan xəbər verir .

C.Axundov əlavə edib: iki tərəf arasında imzalanmış əməkdaşlıq sənədlərinin icrası və Astara-Qəzvin dəmiryolunun istifadəyə verilməsi ilə iki ölkə və region ölkələri arasında ticarət əlaqələri daha da genişlənəcək.

  • Yazılıb
  • da (də) 2015 Apr 20