Tarix : 2015 Apr 20
Kod 45734

Azərbaycanda 4-cü Fars Dili Olimpiyadasının qalibləri mükafatlandırıldı

4-cü Fars Dili Olimpiyadası Bakı Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu müəllimlərinin və İranın Bakıdakı Mədəniyyət Mərkəzinin fars dili müəllimlərinin əməkdaşlığı ilə keçirilib

Arannews -  Azərbaycan Respublikasında 4-cü Fars Dili Olimpiyadasının qalibləri xüsusi bir mərasimdə mükafatlandırılıb. İranın Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzində keçirilən bu mərasimdə bir qrup müəllim və fars dili məzunları iştirak edib .

4 -cü Fars Dili Olimpiyadası Bakı Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu müəllimlərinin və İranın Bakıdakı Mədəniyyət Mərkəzinin fars dili müəllimlərinin əməkdaşlığı ilə keçirilib .

4 -cü Fars Dili və Ədəbiyyatı Olimpiyadasında Azərbaycan Respublikası universitetlərinin fars dili və ədəbiyyatı fakültələrinin 95 tələbəsi ibtidai, orta və yüksək səviyyədə rəqabət aparıb. İbtidai səviyyədə 45, orta səviyyədə 36 və yüksək səviyyədə 14 nəfər iştirak edib .

İranın Bakıdakı Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi  deyib : Fars dili və ədəbiyyatı İran və Azərbaycan arasında ortaqlıqlardan biri olmuş və müştərək farsdilli şairlər, eləcə də bu ölkədəki mövcud çoxlu tarixi əsərlər, əlyazmalar və tarixi şerlər fars dilini bu ölkə vətəndaşlarının, xüsusilə də universitet səviyyəsində diqqəti cəlb edən önəmli dillərdən birinə çevirib.

  • Yazılıb
  • da (də) 2015 Apr 20