Tarix : 2015 Apr 20
Kod 45733

Bu gün İmam Baqir (ə)-ın mövlud günüdür

İmam Baqir (ə) 57-ci Hicri ilinin Rəcəb ayının birində Mədinədə dünyaya gəlib

Arannews -  Bu gün beşinci İmam Həzrət Muhəmməd Baqirin (ə.s) mövlüd günüdür

İmam Baqir (ə) 57-ci Hicri ilinin Rəcəb ayının birində Mədinədə dünyaya gəlib. Babasına çox bənzədiyi üçün o Həzrətin adını Muhəmməd qoydular. Elmin sirrlərini aşkar etdiyinə görə isə ona Baqir ləqəbini verdilər. Atası Həzrət Səccad (ə), anası isə İmam Həsənin qızlarından olan Fatimə idi. O Həzrətin nəsli həm ata, həm də ana tərəfindən Həzrət Peyğəmbərə (s) çatan ilk imam sayılır. Onun həyatını iki hissəyə ayırmaq olar:

1. İmamətdən qabaqkı 35 illik həyatı. (həmin dövrdə imam Mədinədə yaşayırdı).

 2. Təxminən iyirmi il davam edən imamlıq dövrü. (bu dövr İslam elm və biliklərini təbliğ etdiyi zamandır) .

 

Həzrət İmamın (ə) həyatına qısa baxış

Adı: Muhəmməd

Ləqəbi: Baqir

Künyəsi: Əbu Cəfər

Atası: Hz. Səccad (ə)

Təvəllüd tarixi: Hicri 58-ci il

İmamlıq müddəti: 23 il

Ömrü: 59 İl

Şəhid olduğu tarix: Hicri 114-cü il

Məzarı: Mədinə, Bəqi qəbristanlığı

  • Yazılıb
  • da (də) 2015 Apr 20