Tarix : 2015 Apr 20
Kod 45730

Moskva meriyası ermənilərin Türkiyə səfirliyi qarşısında etiraz aksiyası keçirməsinə icazə verməyib

Moskva Meriyası Rusiya Erməniləri İttifaqının Türkiyə səfirliyi qarşısında Erməni"soyqırım"ı ilə bağlı ənənəvi etiraz aksiyası keçirmək barədə müraciətinə bu il müsbət cavab verməyib

Arannews -  Moskva meriyası erməni diasporuna erməni “soyqırımı” ilə bağlı Türkiyənin Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə icazə verməyib .

Moskva meriyası Rusiya Erməniləri İttifaqının Türkiyə səfirliyi qarşısında erməni "soyqırım"ı ilə bağlı ənənəvi etiraz aksiyası keçirmək barədə müraciətinə bu il müsbət cavab verməyib .

Qeyd edək ki, bir müddət əvvəl Soçi şəhərinin bələdiyyəsi erməni diasporunun hazırladığı erməni “soyqırımı” ilə bağlı reklam lövhələrini şəhərdən yığışdırıb. Şəhər bələdiyyəsi bunu Soçinin idman şəhəri olması ilə əlaqələndirib. Soçi şəhərinin polis rəisi Sergey Oqurtsov erməni gənclər təşkilatlarına göndərdiyi məktubunda şəhərdə radikal aksiyalara icazə verilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

  • Yazılıb
  • da (də) 2015 Apr 20