Tarix : 2015 Apr 20
Kod 45729

Azərbaycan XİN Başçısı Lüksemburqa Səfər Edib

Elmar Məmmədyarov Lüksemburqda keçiriləcək "Şərq tərəfdaşlığı"nda iştirak edən və Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin 6-cı görüşündə iştirak edəcək

Arannews -  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti aprel 20-də Lüksemburqa yola düşüb .

E.Məmmədyarov Lüksemburqda keçiriləcək "Şərq tərəfdaşlığı"nda iştirak edən və Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin 6-cı görüşündə iştirak edəcək .

Xatırladaq ki, konfrans Aİ Xarici Əlaqələr Şurasının iclası çərçivəsində baş tutacaq.
Konfransa Federika Mogerini sədrlik edəcək
.

Görüşdə, əsasən mayın 21-22-də Riqada keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələləri müzakirə olunacaq. Konfransda Aİ-nin Latın Amerikası və Karib dənizi ölkələri ilə münasibətləri, Yəmən və digər məsələlər müzakirə ediləcək.

  • Yazılıb
  • da (də) 2015 Apr 20