Tarix : 2015 Apr 20
Kod 45727

Şərqi Azərbaycan pavilyonu Bakı Səyahət və Turizm Sərgisinin "Ən yaxşı pavilyon" nişanını aldı

İran İslam Respublikasının pavilyonu bu sərgidə çox fəal iştirak edib

Arannews - Beynəlxalq Bakı Səyahət və Turizm sərgisi hər il AITF adı ilə turizm sahəsində təşkil olunur və müxtəlif sahələrdə xidtmətlər təqdim edir. Şərqi Azərbaycan əyaləti ilk dəfə olaraq bu sərgidə iştirak edə bilib.

Fərzin Haqpərəst deyib: "İran İslam Respublikasının pavilyonu bu sərgidə çox fəal iştirak etdi və Mədəni İrs İdarəsinin əsas olması ilə dövlət və qeyri-dövlət potensiallarını, əl sənəti, Şərqi və Qərbi Azərbaycan, Ərdəbil əyalətlərinə səyahətlər və  qeyd olunan vilayətlərin bir neçə tibb elmləri universiteti və özəl xəstəxanaların potensiallarını və cazibəliklərini sərgiləyərək Bakı Səyahət və Turizm Sərgisinin "Ən yaxşı pavilyon" nişanını aldı".

O artırıb: " Maraqlananlara səyahət cazibəliklərinə və sağlamlıq turizminə aid azərbaycan, ingilis və alman dillərində xəritə, kitabça və praşuraların təqdim edilməsi, həmçinin Şərqi Azərbaycan əyalətinin patent toxuculuq, gümüş bəzəkləri, batik çap, keramika kimi iftixarlı əl sənəti işləri sərgidə təqdim edildi".

Şərqi Azərbaycanın Mədəni İrs, Əl Sənəti və Turizm İdarəsinin müdiri bunu da vurğulayıb ki, Beynəlxalq Bakı Səyahət və Turizm sərgisi hər il AITF adı ilə turizm sahəsində təşkil olunur və müxtəlif sahələrdə xidtmətlər təqdim edir. Şərqi Azərbaycan əyaləti ilk dəfə olaraq bu sərgidə iştirak edə bilib.

Qeyd edək ki, "AITF-2015" 14-cü beynəlxalq "Turizm və səyahətlər" sərgisi aprelin 2-dən 4-dək Bakı Ekspo Mərkəzində keçirildi.

  • Yazılıb
  • da (də) 2015 Apr 20