Tarix : 2015 Apr 18
Kod 45724

Əli Rəbii : İran və Azərbaycan arasındakı iqtisadi münasibətləri genişləndirməyə maraqlıyıq

. İranın kooperasiya, əmək və sosial rifah naziri: İran və Azərbaycan arasındakı iqtisadi münasibətləri yaxşı siyasi və mədəni əlaqələr kimi bütün sahələrdə genişləndirməyə maraqlıyıq

Arannews - İranın kooperasiya, əmək və sosial rifah naziri Azərbaycan Respublikasına səfərinin davamında bu ölkənin baş nazir müavini ilə də görüşərək, onunla qarşılıqlı əməkdaşlıqların gücləndirilməsi barədə danışıb. İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii bu görüşdə iki ölkənin bir çox ortaqlığına toxunaraq, deyib: İki ölkə arasındakı iqtisadi münasibətləri yaxşı siyasi və mədəni əlaqələr kimi bütün sahələrdə genişləndirməyə maraqlıyıq.

Rəbii İranın müstəqillik dövründən öncə və sonrakı dövrlərdə Azərbaycan Respublikasını himayə üzrə mövqeyinə, eləcə də Qarabağ didərginlərinə olmuş humanitar yardımlarına işarə edərək, İranın nüvə məsələsindəki müsbət mövqeyinə görə, Azərbaycan dövlətinə təşəkkür edib və deyib: Təklif edirəm ki, həkim mübadiləsi, əlillər üçün reabilitasiya, müəllimlər üçün təlim kurslarının təşkil edilməsi və texniki-peşə sahələrində öz təcrübələrimizi mübadilə ilə bağlı qarşılıqlı əməkdaşlıq edək.

İranın kooperasiya, əmək və sosial rifah naziri həmçinin İranın müştərək investisiya ilə Azərbaycanda əczaçılıq zavodu tikməyə və İranda azəri xəstələri və əlilləri müalicə və qəbul etməyə hazır olduğunu bildirib.

O, İranın Qırmızı Aypara Cəmiyyətinin Bakıda xəstəxana tikmək və öz fəaliyyətlərni genişləndirmək üzrə proqramına da toxunaraq, onun bu prosesi dəstəkləməsini istəyib və ümidvarlıq edib ki, Azərbaycan Respublikası dövlətinin himayələri sayəsində İranın Qırmızı Aypara Cəmiyyəti Azərbaycan xalqına yaxşı xidmətlər göstərə biləcək.

Azərbaycan Respublikasının baş nazir müavini Əli Əhmədov də Azərbaycan dövləti və xalqının İranın nüvə müzakirələrindəki uğuruna sevindiklərini bildirərək, deyib ki, iki ölkənin əmək və sosial təminat sahələrindəki əməkdaşlıqları hər ik ölkə üçün müsbət nəticələrə malik olacaq.

Əli Əhmədov İranın onun ölkəsinin istiqlaliyyətinin əvvələrindəki himayə mövqelərinə, xüsusən İranın Qarabağ didərginlərinə olmuş humanitar yardımlarına görə təşəkkür edib və İranın Qırmızı Aypara Cəmiyyəti və İmam Xomeyni(r.ə.) adına İmdad Komitəsinin ölkəsindəki addımlarını təqdirəlayiq adlandırıb.

Azərbaycan Respublikasının baş nazir müavini ölkəsinin Azərbaycanda dərman istehsalı üzrə müştərək addıma hazır olduğunu bildirib və belə deyib: İranlı həkimlərn Qırmızı Aypara Cəmiyyətinin klinikalarında azəri xəstələri müalicə etmələrini alqışlayırıq.

  • Yazılıb
  • da (də) 2015 Apr 18