Tarix : 2015 Apr 18
Kod 45722

Ermənistanda etiraz aksiyası keçiriləcək

Qarabağ veteranları İrəvanda etiraz aksiyası keçirəcəklər

Arannews - Qarabağ veteranları İrəvanin Azadlıq meydanında etiraz aksiyası keçirəcəklər.

Bu barədə veteran, səhra komandiri Xaçik Avetisyan açıqlama verib.

O bildirib ki, aprelin 20-də 50 Qarabağ veteranı meydanda aclıq aksiyasına başlayacaq. Aksiya iştirakçıları 10 gün əvvəl həbs edilən "Təsisçi parlament"in təşəbbüskarlarının 5 üzvünün və Qarabağ veteranlarını azad etməyi tələb edirlər.

Xaçik Avetisyan bildirib ki, əgər həbs edilənlər azad edilməyəcəklərsə, aprelin 20-də yenidən mitinq təşkil ediləcək. O mitinqdə iştirak edənlərə hərbi formada gəlmələrinə çağırış edib.

Qeyd edək ki, aprelin 7-də "Təsisçi parlament"in təşəbbüskarlarının 6 üzvü həbs edilib. Onlardan 5-i ölkədə qarşıdurmalara yaratmaqda ittiham olunurlar. 1 nəfər isə sərbəst buraxılıb.

  • Yazılıb
  • da (də) 2015 Apr 18