Tarix : 2015 Apr 18
Kod 45721

QMİ-nin sədri : İslam dünyası dağıdıcı təxribatçı cərəyan və böyük təhlükə ilə üz-üzədir

Allahşükür Paşazadə : Təəssüflər olsun ki, müasir dünyada özlərini İslamla bağlayan və təxribatçı fəaliyyətlər göstərən ifratçı dini qruplar və insan cəmiyyəti üçün təhlükəli olan hadisələrlə rastlaşırıq

Arannews - Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib ki, İslam dünyası dağıdıcı təxribatçı cərəyan və böyük təhlükə ilə üz-üzədir.

Bakıda keçirilən "İslam Maarifçiliyi və Müasir Dövr" adlı beynəlxalq konfransda çıxış edən Allahşükür Paşazadə deyib: Təəssüflər olsun ki, müasir dünyada özlərini İslamla bağlayan və təxribatçı fəaliyyətlər göstərən ifratçı dini qruplar və insan cəmiyyəti üçün təhlükəli olan hadisələrlə rastlaşırıq.

O, sonra deyib: İslam dünyası ölüm ilə nəticələnən böyük təhlükə və təxribatçı cərəyanla üzləşibdir.

O, sonra deyib: Azərbaycan Respublikası xalqı erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, məscidlərin dağıdılmasının, tarixi abidələrin məhv edilməsinin şahidi olan bir xalq kimi, İraqdakı qırğınlar, Suriyadakı qardaş qırğını, İŞİD-in gündəlik biabırçılıqları, həmçinin Qüdsdəki terror hərəkətləri və cinayətləri pisləyirik.

Qafqaz Müsəlmanları İdarəsinin sədri dırnaqarası "erməni soyqırımı"nin 100-ü ildönümü gününün keçirilməsi və bu uydurma hadisənin bəziləri tərəfindən tanınmasını tənqid edərək, deyib: Biz Ermənistanın "məzlum" kimi təqdim olunmasını siyasi bir riyakarlıq hesab edirik.

  • Yazılıb
  • da (də) 2015 Apr 18