Tarix : 2015 Apr 18
Kod 45720

BQXK-nın Azərbaycandakı numayəndəliyi Araz Quliyevlə görüşüb

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi baş redaktor Araz Quliyevlə görüşüb

Arannews - 2015 ci il aprel ayının 11 də baş redaktor Araz Quliyev və daha iki məhkum qapalı tipli həbsxanaya köçürülüb.

 A.Quliyevin ailə üzvləri bu qərarın əsassız olduğunu bildirərək, bu barədə prezident İlham Əliyevə, Ədliyyə Nazirliyinə, Ədliyyə Nazirliyi yanında İctimai Komitəyə və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinə müraciət ediblər.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi də ötən gün Araz Quliyevin ailə üzvlərinə zəng edərək bildiriblər ki,"Araz Quliyevlə görüşdük. Saxlanılan yerlə tanış olduq. Səhhətində heç bir problem yoxdur.

BQXK-dən həmçinin bildirilib ki, A.Quliyev ailə üzvlərinə və yaxınlarına salam göndərib. Xatırladaq ki, 2014-cü il dekabr ayının 22 də məhkum Elşad Babayev sözügedən cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən karserdə öldürüldükdən sonra məhkumlar E.Babayevin ölümünə görə etiraz aksiyası keçiriblər.

Aksiyada türmənin bir neçə əməkdaşını döyülməkdən xilas edən, həmçinin müəssisəyə ziyan vurmağa çalışan məhkumların qarşısını alan, üsyanı sakitləşdirməyə çalışan hicab məhbusları - Araz Quliyev, Anar Qasımlı, Ramil Vəliyev, Rza Ağalı, İlham Hətəmov və digər dustaqlar 14 saylı həbsxananın rəisi Əli İbrahimov tərəfindən işgəncələrə məruz qalıblar.

  Belə ki, İbrahimov əvvəl inanclı məhkumlardan İ.Hətəmovu və R.Ağalını həbsxana daxilindəki karserə salıb. Sonra - dekabrın 26-da həbsxanaya xüsusi təyinatlı qüvvələr yeridilərək məhkumlar amansızcasına döydürülüb. Ardınca Araz Quliyev və Anar Qasımlı daxil olmaqla 11 məhkum işgəncə verilmək üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (“Tubzon”) aparılıblar. 

Bir müddət orada saxlanılan məhkumlar yenidən 14 saylı CÇM-ə qaytarılıblar. Burada onlar yenidən karserə, Araz Quliyev və Miryusif Əsədov isə “bunker”ə (gözdən uzaq yerin altında) salınıblar. Martın 11-dən sonra karserdə olan məhkumlardan 8 nəfəri cəza kamerasından azad edilib.

Lakin Araz Quliyev, Miryusif Əsədov və Natiq adlı məhkumun karser cəzası Əli İbrahimov tərəfindən yenidən artırılıb.  Martın 19-da Ə.İbrahimov adıçəkilən üç məhkuma “bayram hədiyyəsi” edib. Həbsxana daxilində onların məhkəməsi keçirilib və onların Qobustan qapalı tipli həbsxanaya köçürülməsi barədə qərar çıxarılıb. Onu da əlavə edək ki, Elşad Babayevin ölümünə görə hələ ki, türmənin heç bir əməkdaşı cəzalandırılmayıb.

  • Yazılıb
  • da (də) 2015 Apr 18