Tarix : 2015 Apr 18
Kod 45719

Erməni jurnalist ordudakı dəhşətlərdən yazdı

erməni anaları Qarabağa daxil ola bilmədikləri üçün övladlarının sağ olub-olmamasından xəbər tuta bilmirlər

Arannews - “Erməni əsgərlərinin analarını Qarabağa buraxmırlar”.

bu açıqlama ilə erməni jurnalist Zarui Ovanisyan çıxış edib.

Onun sözlərinə görə, erməni anaları Qarabağa daxil ola bilmədikləri üçün övladlarının sağ olub-olmamasından xəbər tuta bilmirlər:

 Orduda əsgərlərə düzgün xidmət edilmir. İnfeksiyon və yolxucu xəstəliyə tutulanlar müalicələri başa çatmamış ailələrinin himayəsinə qaytarılırlar. Burada isə vəziyyət daha çətin olur. Nəticədə maddi sıxıntıdan əziyyət çəkən ailənin digər üzvləri də həmin şəxslər tərəfindən yoluxur. Biz Qarabağdakı rejimin (separatçı qurum nəzərdə tutulur – red.) özbaşınalığına son qoymaq üçün bütün təşkilatları birləşərək birgə mübarizə aparmağa səsləyirik”.

Qeyd edək ki, son günlər Dağlıq Qarabağda xidmət edən əsgərlər arasında infeksion və yoluxucu xəstəliklər sürətlə yayılır. Bu da əsgərlərin ailələrində təşvişə səbəb olur. Nəticədə erməni hərbi qulluqçular ilə onların ailə üzvləri arasında rabitə əlaqələrinin sayı xeyli artıb. Ermənistan mobil operatorlarının son 3 ay ərzində yaydıqları hesabata görə, Ermənistanla Qarabağ arasında mobil telefon danışıqlarının sayı bir neçə dəfə çox olub.

  • Yazılıb
  • da (də) 2015 Apr 18