Tarix : 2015 Apr 16
Kod 45715

İranın kooperasiya, əmək və sosial təminat naziri Azərbaycan baş nazirinin müavini ilə görüşüb

Əli Rəbii bu göürşdə İranın Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasına olmuş humanitar yardımlarına da işarə edib və belə söyləyib: İran İslam Respublikası daim bu münaqişənin ədalətli həllini istəyib və ümid edirik ki, neçəillik Qarabağ problemi dinc yolla həll olunacaq

Arannews -  Üçgünlük görüş məqsədilə Azərbaycan Respublikasına səfər etmiş İranın kooperasiya, əmək və sosial təminat naziri bu gün axşam Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb.

Əli Rəbii bu göürşdə iki ölkənin ikitərəfli, regional və beynəlxalq sahələrdəki baxışlarını çox yaxın adlandırıb və belə deyib: Texniki-peşə tədrisi, sağlamlaşdırma xidmətləri, humanitar fəaliyyətlər və müştərək kursların təşkili sahələrində azəri dostlarımızla həmkarlıq etməyə hazırıq.

İranın kooperasiya, əmək və sosial təminat naziri həmçinin İranın istehsal, dərman paylanması, mədən və ticarət sahələrində müştərək addım atmağa hazır olduğunu bildirib və deyib ki, bu həmkarlıqlar iki ölkə vətəndaşlarının rifahının güclənməsinə kömək edəcək.

İranın kooperasiya, əmək və sosial təminat naziri İranın Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasına olmuş humanitar yardımlarına da işarə edib və belə söyləyib: İran İslam Respublikası daim bu münaqişənin ədalətli həllini istəyib və ümid edirik ki, neçəillik Qarabağ problemi dinc yolla həll olunacaq.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da iki ölkə prezidentlərinin qarşılıqlı münasibətlərin inkişafına köklənmiş siyasi iradələrinə işarə və İranın Qarabağ müharibəsindəki yardımlarına görə təşəkkür edərək, deyib ki, Qırmızı Aypara Cəmiyyəti və İmam Xomeyni(r.ə.) adına İmdad Komitəsi o çətin dövrdə Qarabağ müharibəsindən zərər çəkənlərə dəyərli yardımlar göstərdilər və İran İslam Respublikası daim Azərbaycan xalqının kədəri və sevincində onun yanında olub.

  • Yazılıb
  • da (də) 2015 Apr 16