Tarix : 2015 Apr 16
Kod 45711

Azərbaycan xarici işlər naziri : Avropa İttifaqı Ermənistan-Azərbaycan münaqişəsinə dair qəti mövqe bildirməlidir

E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə dair Avropa İttifaqının qəti mövqeyinin ifadə olunmasının vacibliyini vurğulayıb

Arannews -  Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Riqada latviyalı həmkarı Edqar Rinkeviçslə görüşüb.

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar barəsində məlumat verən E. Məmmədyarov digər münaqişə məsələlərində olduğu kimi Ermənistan-Azərbaycan münaqişəsinə dair Avropa İttifaqının qəti mövqeyinin ifadə olunmasının vacibliyini vurğulayıb. Nazir deyib ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi ilk növbədə Ermənistanın işğalçı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

E. Rinkeviçs isə Latviyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn prinsipləri, xüsusilə ərazi bütövlüyü və suverenlik əsasında həllini dəstəklədiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Yazılıb
  • da (də) 2015 Apr 16