Tarix : 2015 Apr 14
Kod 45701

Vüqar İbayev : Azərbaycan-İran yaxınlaşmasını istəməyən çoxsaylı qüvvlər var

AİP sədrinin təşkilatı məsələlər üzrə müavini : İran rəsmiləri dəfələrlə Azrəbaycanın haqlı mövqeyini müdafiə edərək torpaqlarımızın 20 faiz işğal olunduğunu qeyd etməklə, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiklərini deyiblər.

Arannews -  Son günlər Azərbaycan KİV-də Lozannada İranın "6-lıq" ölkələri ilə əldə etdiyi razlaşmanın bölgə ölkələrinə geosiyasi təsirləri barədə çox danışılır.

Bəziləri Azərbaycanın güclü və regional dövlət olmasının Tehranın maraqlarına cavab vermədiyini, İranın sanksiyaların ləğvindən sonra iqtisadi cəhətdən yüksəlməsinin Ermənistanın maraqlarına daha çox uyğun gəldiyini iddia edir, bəziləri isə əksinə, bu müqavilənin Azərbaycana müsbət təsir göstərəcəyini və Bakının Tehranla son illər istiləşən münasibətlərinin daha davamlı olmasına yardım edə biləcəyini deyir.

İkinci mövqeni dəstəkləyən analitiklərin arqumentlərində İran və Azərbaycanı eyni maraqlar və ortaq şərtlər müstəvisində birləşdirən məqamlar önə çəkilir.

İslaminsesi.org-un müxbiri Azərbaycan İslam Partiyası (AİP) sədrinin təşkilatı məsələlər üzrə müavini Vüqar İbayevlə görüşüb və sözügedən məsələ ilə bağlı onun mövqeyini öyrənib.

Vüqar İbayevin sözlərinə görə, sanksiyaların aradan qaldırılması iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır və Bakının Tehran, Tehranın Bakı üçün oynaya biləcəyi mühüm rol bu anlaşma fonunda daha aydın nəzərə çarpır:

Bundan sonra İranın iqtisadi baxımdan güclənməsi mümkündür ki, bu da onun regional güc olmasına təkan verəcək. Bu vəziyyət isə ilk növbədə Azərbaycan üçün sərfəli əməkdaşlıq üfüqlərinin açılması deməkdir.

- Lakin bir çox analitiklərin və siyasi şərhçilərin şərhlərində bu məsələ birtərəfli işiqlandırılır və bildirilir ki, İran Azərbaycanla münasibətləri yüksək səviyyəyə qaldırmaqda və ölkəmizin milli maraqlarında birmənalı olaraq ədalətli mövqe tutmaqda maraqlı deyil. O cümlədən, Azərbaycandan daha çox Ermənistanın mövqeyini müdafiə etdiyi deyilir.

- Birmənalı olaraq bu fikri absurd sayıram. Şübhəsiz bu, ölkəmizdə məhz bəzi xarici qüvvələrin maraqlarının daşıyıcıları sayılan dırnaqarası ekspertlərin mövqeyidir. Fakt isə budur ki, Bakı-Tehran əlaqələri yüksələn xətlə inkişaf etməkdədir.

Bunu təkcə mən demirəm, rəsmi Bakının mövqeyi belədir. Bəziləri İranın öz şiə qardaşının deyil, ermənilərin yanında olduğunu irad kimi irəli sürürlər. Bu cür ittihamlar məsələyə səthi və qərəzli yanaşmalardan qaynaqlanır.

Əvvəla İran rəsmiləri dəfələrlə Azrəbaycanın haqlı mövqeyini müdafiə edərək torpaqlarımızın 20 faiz işğal olunduğunu qeyd etməklə, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiklərini deyiblər. Rəsmi Tehran münaqişənin həlli danışıqlarında indiki status-kvotanın yolverilməz olduğunu diqqətə çatdırmaqla, torpaqların təcavüzdən azad edilməsinin vacibliyini dilə gətirib.

Münaqişənin tez bir zamanda azad edilməsi üçün dəfələrlə müraciətlər edib. Ali liderin çıxışlarında Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğu vurğulanıb. O ki qaldı Azərbaycana qarşı qonşu ölkə KİV-də səslənən fikirlərə, İrana qarşı təhdid və hədə, nifrət çağırışlarına bundan iki dəfə çox rast gəlmək olar.

Bunun səbəbləri sadədir - Azərbaycan-İran yaxınlaşmasını istəməyən çoxsaylı qüvvlərin bu istiqamətdə göstərdiyi fəaliyyətlər, həmin məqsədlə ayrılan maddi vəsaitlər, aparılan çirkin təbliğat kompaniyaları... 

Həmin qüvvələr isə xaricdən, bəlli ünvanlardan idarə olunurlar. Bizim çətin anlarımızda İran hər zaman Azərbayycanın yanında olub. Böyük bir qaçqınlar ordusunun yerbəyer edilməsində, çadırlar, ərzaq və geyimlə təmin olunmasında İranın rəsmi qurumlarımdan başqa İmdad komitəsinin rolunu unutmamalıyıq.

Bu komitənin etdiyi yardım və dəstəyi sadə insanlar, imkansız ailələr yaxşı xatırlayır. Naxçıvanın ağır bloka illərində yanaşaq və qida məhsulları ilə təmin olunmasında İranın oynadığı rol hamıya yaxşı məlumdur.

Bu baxımdan, dərk etməliyik ki, İran iqtisadiyyatının güclənməsi ilk növbədə bizim maraqlarımıza uyğundur.

Bu amil, Azəbaycan və İranın sərhəd ərazilərində azad iqtisadi zonalar layihəsini reallaşdırmağa imkan verəcək, hər iki tərəfdə insanların sosial rifah halı yüksələcək.

Pafoslu sözlər səsləndirmək və siyasi demaqogiya ilə məşğul olmaqdansa, bu bərədə düşünmək daha faydalı olardı.

  • Yazılıb
  • da (də) 2015 Apr 14