Tarix : 2015 Apr 13
Kod 45695

Ruhani: İran xalqı və dövləti təslim olan deyillər

İran prezidenti nüvə məsələsində beynəlxalq anlaşmanı vurğulayaraq, deyib: Qarşı tərəf bu gün yaxşı bilir ki, İran xalqı və dövləti təslim əhli deyillər.

AranNews-ın məlumatına görə, Həsən Ruhani dünən axşam dövlət ilə İslam Şurası Məclisinin beşinci birgə iclasında altılıq ilə nüvə razılaşmasına toxunraq, qeyd edib ki, bu müzakirələrdə iki olduqca böyük addım atılıb. Birindi addım, 2013 -cü ilin noyabrında müvəqqəti Cenevrə razılaşması idi ki, onda "bir gün"də İran addımlar atdı və MAQATE bu addımları təsdiqlədi, eyni zamanda bəzi sanksiyalar da götürüldü.
Ruhani sonra "ikinci addımda da bu təcrübəni təkmilləşdirmək olar" deyərək, əlavə edib: Belə olmayacaqdır ki, bir razılaşmada bir tərəf öz öhdəliklərinə əməl etsin, digər tərəf isə öz məsuliyyətindən boyun qaçırsın.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani də bu iclasda region və dünya səviyyəsində bəzi ölkələrin nüvə müzakirələrindəki razılaşmanın yekunlaşmasının qarşısını almaq üzrə sabotajlarına toxunaraq, deyib: İran regional və beynəlxalq bəhslərdə müstəqildir və bəzi dövlətlərin müşayiət etməmələrinə rəğmən, region xalqları daim İranı dəstəkləyiblər.
O, çıxışının digər bir hissəsində İranın şərqi və qərbində terrorizm və böhranyaratmaya işarə edərək, deyib: Qərb ölkələrinin hədəflərindən biri, sionist rejimin maraqlarının təmini məqsədilə müsəlman ölkələri terrorizm kimi məsələlərlə məşğul etməkdir və bu sahədə tədbir görmək lazımdır.

  • Yazılıb
  • da (də) 2015 Apr 13