Tarix : 2015 Apr 13
Kod 45692

İslamçı məhbus Araz Quliyev “krıtı”ya köçürülür

bu gün Araz Quliyev və daha iki məhkum, 14 saylı CÇM-dən Qobustan qapalı tipli həbsxanaya köçürülür

Arannews -  İslamçı məhbus Araz Quliyev və daha iki məhkum, 14 saylı CÇM-dən Qobustan qapalı tipli həbsxanaya köçürülür. Baş redaktor Araz Quliyev “krıtı”ya köçürülür.
bu gün Araz Quliyev və daha iki məhkum, 14 saylı CÇM-dən Qobustan qapalı tipli həbsxanaya köçürülür
.

2014-cü il dekabr ayının 22 də məhkum Elşad Babayev sözügedən cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən karserdə öldürüldükdən sonra, 14 saylı CÇM-nin məhkumları E.Babayevin ölümünə görə, etiraz aksiyası keçiriblər.

 Aksiyada CÇM-in bir neçə əməkdaşını döyülməkdən xilas edən, həmçinin müəssisəyə ziyan vurmağa çalışan məhkumların qarşısını alaraq, orada olan üsyanı sakit edən hicab məhbusları- baş redaktor Araz Quliyev, Anar Qasımlı, Ramil Vəliyev, Rza Ağalı, İlham Hətəmov və CÇM-də namaz qılan digər məhkumlar 14 saylı CÇM-nin rəisi Əli İbrahimov tərəfindən işgəncələrə məruz qalıblar. Belə ki, Ə.İbrahimov əvvəl inanclı məhkumlardan İ.Hətəmovu və R.Ağalını həbsxana daxilindəki karserə salıb. Daha sonra dekabr ayının 26-da səhər saatlarında 14 saylı CÇM-ə xüsusi təyinatlı qüvvələr yeridilərək, orada olan məhkumlar amansızcasına döyülüblər. Sonra orada olan inanclı məhkumlar Araz Quliyev və Anar Qasımlı daxil olmaqla 11 məhkum ixtisaslaşdırılmış Müalicə Müəssisəsinə ("Tubzon") işgəncə verilmək üçün aparılıb

  • Yazılıb
  • da (də) 2015 Apr 13