Tarix : 2015 Apr 10
Kod 45685

Ukrayna Rusiya ilə sərhəddə divar tikəcək

Y.Haqverdiyeva, C.Nəzərov. Rəsmi Kiyev Litva-Polşa-Ukrayna hərbi briqadasının formalaşdırılmağında iştirak edəcək və Polşanın köməyi ilə Berlin divarına oxşar divarla Rusiyadan ayrılacaq.

AranNews- un RİA ”Novosti”yə istinadla verdiyi xəbərə görə, Ukrayna prezidenti Pyotr Poroşenko polşalı həmkarı Bronislav Komorovskiy ilə Kiyevdə keçirilən birgə mətbuat konfransında rəsmi Varşavanın Kiyevə enerji sektorunun modernləşdirilməyi və xarici sərhədlərin yenidən qurulmağına 100 milyon dollar kredit ayıracağı barədə məlumat verib.
Bildirək ki, aprelin əvvəlindən etibarən Ukraynanın Dövlət Sərhəd Xidməti Ukrayna-Rusiya sərhədi boyunca beton divar tikintisini həyata keçirir.
Polşa və Ukrayna bir-birinin əlini sıxıb.
Polşa azad qərb dünyasının digər ölkələrinin də Ukraynanın əlini sıxmağı üçün mümkün olan hər şeyi edəcək. B.Komorovskiy Ali Radadakı çıxışında bildirib.

  • Yazılıb
  • da (də) 2015 Apr 10