Tarix : 2015 Apr 09
Kod 45682

Ermənistanda etiraz aksiyası keçirildi

Ermənistanın “Təsisedici parlament” təşkilatının üzvlərinin həbsinə etiraz olaraq İrəvanda etiraz aksiyası keçirildi

Arannews - Ermənistanın “Təsisedici parlament” təşkilatının üzvlərinin həbsinə etiraz olaraq İrəvanda etiraz aksiyası keçirilib .

Xəbərə görə, aksiyada  iştirak edənlər həbslər üçün heç bir səbəbin olmadığını bildirib, həbs olunanlara azadlıq tələb ediblər. Bundan başqa hakimiyyətin fərqli fikirdə olanlardan qorxduğunu diqqətə çatdırıblar. Bəyan edilib ki, “Təsisedici parlament”in 24 apreldə keçirmək istədiyi aksiya qüvvədə qalır .

Xatırladaq ki, Ermənistan xüsusi istintaq komitəsi həbs olunanları aprelin 24-də “erməni soyqırımının ildönümü” ilə əlaqədar planlaşdırılan tədbirlərdə iğtişaş törətməyi planlaşdırmaqda günahlandırır. Saxlanılanlar silah, döyüş sursatları və partlayıcı maddələrin qanunsuz saxlanılmasında da ittiham edilir

  • Yazılıb
  • da (də) 2015 Apr 09