Tarix : 2015 Apr 09
Kod 45681

Müsavat yürüş keçirəcək

Müsavat Partiyası başqanının müavini Elman Fəttahin sözlərinə görə partiyanın Sədrlər Şurasının toplantısında yürüş haqqında qərar verilib

Arannews -Müsavat yürüş keçirəcək .

Bu barədə Modern.az-a Müsavat Partiyası başqanının müavini Elman Fəttah bildirib. Onun sözlərinə görə  partiyanın Sədrlər Şurasının toplantısında yürüş haqqında qərar verilib :

"Toplantıda qərara alınıb ki, 19 aprel saat 16:00 da “20 yanvar” metro stansiyasından Zərdabi küçəsindən keçməklə, "Məhsul" stadionunda qətnamənin oxunması ilə yekunlaşan yürüş-mitinq üçün BŞİH-nə məktub ünvanlansın .

Eyni zamanda birgə aksiyaların keçirilməsi ilə bağlı siyasi-ictimai təşkilatlarla məsləhətləşmələr aparılsın”.     

  • Yazılıb
  • da (də) 2015 Apr 09