Tarix : 2015 Apr 08
Kod 45680

Çexiya prezidenti Azərbaycana səfər edəcək

Prezident Azərbaycana səfərini sentyabra planlaşdırır

Arannews -  Çexiya prezidenti Miloş Zeman bu il ərzində Kolumbiya, Meksika və Azərbaycana səfər edəcəyini açıqlayıb .

 “Czech News” agentliyinin verdiyi məlumata görə, Çexiya prezidentinin mətbuat müşaviri Jiri Ovcacek bildirib ki, prezident Azərbaycana səfərini sentyabra planlaşdırır .

Çexiyanın sənaye və ticarət naziri Yan Mladek isə Azərbaycanla iqtisadi və humanitar əlaqələrin genişləndiriləcəyini deyib: “Biz Azərbaycanla strateji tərəfdaşlığın ölkəmiz üçün uyğun olduğunu həmişə deyirik”.

  • Yazılıb
  • da (də) 2015 Apr 08