Tarix : 2015 Apr 08
Kod 45679

İran və Azərbyacan Respublikası sağlamlıq turizmi sahəsində əməkdaşlıqlarını genişləndirirlər

Əhməd Həmzəzadə : Şərqi Azərbaycan ostanının Azərbaycan Respublikasındakı Bakı Beynəlxalq Turizm Sərgisində iştirakı bu ostanda sağlamlıq turizminin təşkilatlandırılması haqda fikir mübadilələrinin aparılması üçün yaxşı fürsət idi

Arannews -  İranın Şərqi Azərbaycan ostanının Turizm və Əl İşləri Təşkilatının sədr müavini bu vilayətdə sağlamlıq turizminin təşkilatlandırılması üçün İranla Azərbaycan Respublikası arasında müzakirələrin həyata keçirilməsindən xəbər verib. Səhər Beynəlxalq Telekanalının İRNA-ya istinadən verdiyi məlumata görə, İranın Şərqi Azərbaycan ostanının Turizm və Əl İşləri Təşkilatının sədr müavini Əhməd Həmzəzadə deyib: Şərqi Azərbaycan ostanının Azərbaycan Respublikasındakı Bakı Beynəlxalq Turizm Sərgisində iştirakı bu ostanda sağlamlıq turizminin təşkilatlandırılması haqda fikir mübadilələrinin aparılması üçün yaxşı fürsət idi .

Həmzəzadə deyib: Şərqi Azərbaycan ostanı yaxşı müalicə, tibb potensiallarına, olduqca modern xəstəxanalara malik olduğuna, habelə müalicə xərcləri baxımından qouşu ölkələrlə müqayisədə daha münasib vəziyyətə malik olmasına görə Azərbaycan Respublikası xəstələrinə ev-sahibliyi emtək üçün ən uyğun imkanlara sahibdir .

Şərqi Azərbaycan ostanının Turizm və Əl İşləri Təşkilatının sədr müavini həmçinin deyib: Bakı Beynəlxlaq Turizm Sərgisində sağlamlıq turizminin genişləndirilməsi haqda fikir mübadilələri aparıldı və yaxın gələcəkdə sağlamlıq turizmi sahəsində mütərək hərəkətlərin həyata keçirilməsi qərara alındı .

Bakı Beynəlxalq Turizm Sərgisində turizm sahəsində həyata keçirilmiş başqa müzakirələrə toxunan Həmzəzadə sonra deyib: İtaliya, Fransa, Argentina, Malayziya və Çindən olan fəal turizm şirkətlərinin bu sərgidə iştirakı bu fürsəti yaratdı ki, Şərqi Azərbaycan ostanının turizm cazibədarlıqları bu ölkələrə təqdim edilsin və bu ostanda investisiyaların yatırılması haqda fikir mübadilələri aparılsın .

18-ci Bakı Beynəlxalq Turizm Sərgisi 2-5 apreldə keçirildi.

  • Yazılıb
  • da (də) 2015 Apr 08