Tarix : 2015 Apr 04
Kod 45651

Azərbaycan 5+1 ilə İran arasında danışıqlardakı irəliləyişi alqışlayıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 5+1 ilə İran İslam Respublikası arasında olan danışıqlarda birgə hərtərəfli fəaliyyət planının əsas parametrlərinə dair irəliləyişi alqışlayıb

Arannews -  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 5+1, Avropa İttifaqı və İran İslam Respublikası arasında olan danışıqlarda birgə hərtərəfli fəaliyyət planının əsas parametrlərinə dair irəliləyişi alqışlayıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi saytinin verdiyi məlumata görə, Azərbaycan Respublikası BMT nizamnaməsi və beynəlxalq hüququn norma və prinsipləri əsasında konstruktiv və xoşməramlı şəkildə beynəlxalq məsələlərin həllinə dair beynəlxalq ictimaiyyətin səylərini və siyasi iradəsini dəstəkləyir.

 

  • Yazılıb
  • da (də) 2015 Apr 04