Tarix : 2015 Mar 31
Kod 45641

Haci Tale Bağırovun həbsindən iki il ötür

Bu gün ilahiyyatçı Tale Bağırovun həbsinin 2 ili tamam olur

Arannews -  Bu gün Mübariz ruhani Tale Bağırovun həbsinin 2 ili tamam olur .

Tale Bağırov 2013-cü il martın 31-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. İlk iki gün onun həbs olunması və harda saxlanılması ilə bağlı məlumat almaq mümkün olmasa da, sonradan ilahiyyatçının həbsi ilə bağlı rəsmi məlumat verilib .

DİN-in mətbuat xidmətindən yaydığı məlumatda bildirilir ki, martın 31-də nazirlik əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Tale Bağırov və Anar Məlikov saxlanılıblar. Baxış zamanı Tale Bağırovun üzərindən 1,026 qram heroin, Anar Məlikovdan isə "Makarov" tipli tapança, 4 patron və 1 bıçaq götürülüb .

Məhkəmə onun barəsində 2 il həbs Anar Məlikov barəsində isə 1 il 7 ay azadlıqdan məhrum etmə cəzası çıxarıb .

2014.08.13 cü il tarixində Tale Bağırovun kamerasından tapılan mobil telefonla bağlı baş tutan məhkəmə prosesində ilahiyyatçının cəza müddəti 4 ay artırılıb .

İlahiyyatçı Tale Bağırovla birgə tutulan Anar Məlikov 31.10.2014-cü il tarixdə saxlanıldığı 16 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb. 1 il 7 aylıq həbs müddəti sona çatan dindar A.Məlikov nəhayət azadlığa qovuşub .

  • Yazılıb
  • da (də) 2015 Mar 31