Tarix : 2015 Mar 31
Kod 45640

Gürcüstan Azərbaycan qazının idxalını azaldıb

İllik hesablamalarda Azərbaycandan qazın idxalı 17,2 faiz azalıb

Arannews -  2015-ci ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 319,85 min ton təbii qaz idxal edib, neft ekvivalentində bu 67,4 milyon dollara bərabərdir .

bu barədə “Qruzstat”ın (Gürcüstanın Milli Statistika Xidməti) cari ilin ilk iki ayının nəticələrinə dair xarici ticarət barədə hesabatında deyilib .

Azərbaycan bu növ yanacağın Gürcüstana çatdırılması üzrə əsas təchizatçılardandır. Bu kateqoriyadan olan ölkələrə idxalın ümumi həcmində xüsusi çəkisi 66,2 faizdir. Hesabatın göstəricilərinə əsasən, 2015-ci ilin iki ayı üçün Gürcüstan ümumilikdə 101,9 milyon dollar həcmində təbii qaz idxal edib

Qazın təchizatının qalan hissəsi Rusiya və digər mənbələrin hesabına düşür .

İllik hesablamalarda Azərbaycandan qazın idxalı 17,2 faiz azalıb (kəmiyyətdə çatdırılma neft ekvivalentində 48,7 min ton azalıb)

Müqayisə üçün: keçən ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan, neft ekvivalentində 81,42 milyon dollar məbləğində 368 min ton qaz idxal edib .

Gürcüstanın Azərbaycandan ümumi idxalında qazın xüsusi çəkisi 66,9 faizdir .

2015-ci ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 100,7 milyon dollar məbləğində mal idxal edib, bu isə keçən ilin analoji dövrü üçün olan göstəricidən 15 faiz azdır .

Azərbaycan Gürcüstana iki ölkəni birləşdirən Azərbaycanın Qazax rayonunda birləşən boru kəməri ilə Azərbaycan qazı ixrac edir. Bu boru kəməri ilə qazın nəql gücü ildə 2,5 milyard kub metrdir.

  • Yazılıb
  • da (də) 2015 Mar 31