Tarix : 2015 Mar 31
Kod 45639

Azərbaycan Milli Istiqlal Partiyasi Rəhbərliyi Avroparlamentdə Görüşlər Keçirib

görüşlərdə Qarabağ problemi və Azərbaycanda insan haqları məsələsi müzakirə olunub

Arannews -  AMİP sədri Yusif Bağırzadə, baş katibi Arzuxan Əlizadə və beynəlxalq əlaqələr katibi Elşən Mustafayevdən ibarət nümayəndə heyəti Avropa Xalq Partiyası (EPP) rəhbərliyinin dəvəti ilə 6 günlük Brüssel səfərindən geri dönüblər .

səfərin ilk günü AMİP rəsmiləri AXP baş qərərgahında Avropa Xalq Partiyasının prezidenti Jozef  Doulla, növbəti gün isə AXP Baş katibi Antonio Lopez-İsturislə görüşüblər. Görüşlərdə AXP tərəfindən AXP baş katibinin müavini Kristian Kremer, AXP xarici əlaqələr katibi Patrik Voller, AXP-nin siyasi məsələlər üzrə müşaviri Qalina Fomençenko və AXP rəhbərliyində təmsil olunan digər şəxslər iştirak ediblər. İkitərəfli görüşlər zamanı 7 ildən artıq tarixi olan AMİP-AXP münasibətləri yüksək qiymətləndirilib. Bu münasibətlərin inkişafında hər iki tərəfin maraqlı olduğu vurğulanmaqla AMİP-in AXP-yə üzvlük məsələsi və digər ikitərəfli maraq daşıyan məsələlər müzakirə olunub .

səfər çərçivəsində AMİP rəsmiləri Avropa Parlamentində olmuş, burada Avropa Xalq Partiyası qrupunu təmsil edən parlamentarilərlə, Avropa Parlamentinin İsveçdən olan üzvü Günnar Hökmarkla, AP-nin Xorvatiyadan olan üzvü Andrej Plenkoviçlə, AP-nin Rumıniyadan olan üzvü, AXP Xarici Əlaqələr Komitəsinin vitse-prezidenti Cristian Dan Preda ilə və digər AP üzvləri ilə ikitərəfli görüşlər keçiriblər .

AMİP nümayəndə heyəti Brüssel səfəri zamanı Vilfrid Martins adına Avropa Araşdırmalar Mərkəzinin direktoru Tomi Huhtanenlə, Avropa İttifaqı Qonşuluq və Genişləndirmə siyasəti komissarı Johannes Hahnın müşaviri Hanna Jahnsla, Avropa Parlamentinin Şərq Tərəfdaşlığı Təşkilatının Xarici Əlaqələr Komitəsində Azərbaycan, Ermənistan və Belorus üzrə Qrup rəhbəri Chris Kendalla da görüşlər keçirilib .

keçirilən bütün görüşlərdə Avropa-Azərbaycan münasibətləri, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun Ermənistan tərəfindən işğalının törətdiyi fəsadlar, Azərbaycanda insan haqları, kütləvi informasiya vasitələri və sərbəst toplaşma azadlığı ilə əlaqədar mövcud durum, karbohidrogen ehtiyatları və enerjidaşıyıcıları ilə əlaqədar Azərbaycanın yürütdüyü siyasət, eləcə də regiondakı hazırkı vəziyyət müzakirə olunub. 

  • Yazılıb
  • da (də) 2015 Mar 31