Tarix : 2015 Mar 29
Kod 45630

Ermənistan hakimiyyəti Rusiyadan imdad istəyir

Ermənistan hakimiyyəti İrəvanda Rusiya Dövlət Dumasının və Ermənistan Milli Məclisinin birgə komitə iclasını təşkil edib

Arannews -  Ermənistan hakimiyyəti düşdüyü ağır vəziyyətdən çıxmaq, ictimaiyyətin iqtidara qarşı ölmüş hisslərini diriltmək üçün Rusiyadan imdad istəyir. Elə bu məqsədlə İrəvanda Rusiya Dövlət Dumasının və Ermənistan Milli Məclisinin birgə komitə iclasını təşkil edib .

Verilən məlumata görə, Dövlət Dumasının MDB və Avrasiya inteqrasiyası məsələləri üzrə komitəsinin sədr müavini Oleq Lebedev iclasda ermənilərin könlünü almaq üçün Gümrü məsələsinə toxunub və deyib ki, Gümrüdə bir ailənin yeddi üzvünü qətlə yetirən Rusiya hərbi qulluqçusu Valeri Permyakovla bağlı məhkəmə Ermənistanın ərazisində keçiriləcək .

O deyib: "Rusiya bacardığı hər şeyi etdi ki, Ermənistan ərazisində istintaq obyektiv getsin və bu, gedir. Məhkəmənin Ermənistan ərazisində keçirilməsi planlaşdırılır. Hər iki tərəf bu cinayətin araşdırılması ilə bağlı fəal əməkdaşlıq edir. Sözsüz ki, günahkar layiq olduğu ən amansız cəzanı çəkəcək ."

Ermənistan Milli Məclisinin Xarici əlaqələr üzrə daimi komissiyanın sədr müavini Aleksandr Arzumanyan bildirib ki, Gümrüdə törədilən faciəyə Rusiya deputatlarının diqqət cəlb etməsi hadisənin ciddiliyindən xəbər verir. Valeri Permyakov Ermənistanın qanunvericiliyi əsasında mühakimə olunmalıdır .

Xatırladaq ki, bu il yanvarın 12-də Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının əsgəri Valeri Permyakovun Gümrü şəhərində 7 nəfərlik ailəni qəddarlıqla öldürüb. Yanvarın 14-də ona Ermənistanın və Rusiyanın Cinayət Məcəllələrinin müxtəlif maddələri üzrə ittiham irəli sürülüb.

  • Yazılıb
  • da (də) 2015 Mar 29