Tarix : 2015 Mar 28
Kod 45624

FRANSADA HAMİLƏ QADIN HİCABA GÖRƏ KÜÇƏDƏ DÖYÜLDÜ

Qadına hücum edən kişi...

Arannews Fransada hamilə olan müsəlman qadın hicab taxdığı üçün bir kişi tərəfindən təhqir olunub, daha sonra fiziki təzyiqə məruz qalıb .

Qeyd olunur ki, kişi hamilə qadının əvvəlcə hicabını dartaraq çıxarıb, daha sonra bir neçə yumruq zərbəsi vuraraq yerə yıxıb .

Qadına hücum edən kişi Fransada baş örtüyü taxmağa icazə verməyəcəklərini bəyan edib .

Hücuma məruz qalan iki uşaq anası Toulouse şəhərində xəstəxanada müalicə olunub .

Qadının əri Münir həyat yoldaşının qızlarını məktəbdən götürdüyü bir vaxtda iki kişi ilə qarşılaşdığını, onların biri tərəfindən hücuma məruz qaldığını deyib. Polis hadisə ilə bağlı araşdırma aparsa da, hücum edən şəxs hələ də tapılmayıb.

  • Yazılıb
  • da (də) 2015 Mar 28