Tarix : 2015 Mar 28
Kod 45623

Rusiyadan SOCAR-a ağır zərbə

Rusiyanın Federal Tarif Şurası Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin...

Arannews -  Rusiyanın Federal Tarif Şurası Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin tariflərini kəskin artırır .

Şuranın rəsmi saytının yazdığına görə, kəmərlə 1 ton neftin nəqlinə görə tarif 149,95 rubl (31 faiz) artırılacaq və ƏDV xaric 634,54 rubl (bu günə olan kursla təxminən 11 dollar) təşkil edəcək .

Bu tarif Azərbaycan-Rusiya sərhədindən Novorossiysk limanına qədər qüvvədədir. Yanvarın 1-dən bu yana Azərbaycan neftinin şimal marşrutu ilə nəqli üçün tranzit haqqı 489,59 rubl təşkil edirdi .

Qeyd edək ki, Azərbaycan Bakı-Novorossiysk kəməri ilə  1997-ci ildən bu yana neft nəql edir. 2014-cü ildə SOCAR Novorossiysk limanından 932 min 155 ton neft yola salıb. Bu ilin yanvar-fevral aylarında isə şirkət kəmərlə 254 min 314 ton neft nəql edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49,9 faiz çoxdur.

 

  • Yazılıb
  • da (də) 2015 Mar 28