Tarix : 2015 Mar 26
Kod 45621

Avropa Birliyi Azərbaycanda insan haqlarının vəziyyətini pisləyib

Təşkilatın martın 25-də yaydığı hesabatda 2014-cü ildə...

Arannews - Avropa Birliyi Azərbaycan hökumətini demokratik keçid, insan haqları və fundamental azadlıqların vəziyyətinə görə kəskin tənqid edib .

Təşkilatın martın 25-də yaydığı hesabatda 2014-cü ildə Azərbaycanda bu sahədə geriləmə olduğu bildirilir .

Avropa Komissiyası bundan əvvəl Avropa yaxın qonşuluq siyasəti ilə bağlı hesabat qəbul edib .

Hesabat ötən il bu proqrama daxil olan ölkələrdə qüsurlar və əldə olunmuş uğurları əhatə edir .

Hesabatın Ukraynaya aid hissəsində, ölkənin şərqindəki müharibə və iqtisadi problemlərə görə bu ölkədə islahatların çox çətin getdiyi bildirilir .

Rusiyanın ilhaq elədiyi Krımda insan haqları sahəsində vəziyyətin kəskin pisləşdiyi qeyd olunur .

Gürcüstana gəldikdə isə bu ölkədə demokratiyaya keçidin davam elədiyi, amma azlıqların vəziyyəti və bir sıra sahələrdə qüsurlar olduğu bildirilir .

Hesabatda həmçinin Rusiyanın Gürcüstanın separatçı bölgələri Cənubi Osetiya və Abxaziya ilə strateji tərəfdaşlıq müqaviıləri imzalaması Gürcüstanın suverenliyinin pozulması kimi qiymətləndirilir .

Ermənistana gəldikdə isə bu ölkəylə yeni hərtərəfli müqavilənin uzaqda olmadığı vurğulanır .

  • Yazılıb
  • da (də) 2015 Mar 26