Tarix : 2015 Mar 26
Kod 45619

Vladimir Jirinovskiy : Qarabağı Rusiyanin nəzarəti altında olan ərazi kimi elan edə bilərik

rusiyalı siyasətçi : Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, ordular bir-birinə qarşı dayanıb, zaman-zaman atışma, təxribatlar yaranacaq

Arannews - rusiyalı siyasətçi Vladimir Jirinovskiy "Haqqin.az" saytına müsahibəsində maraqlı açıqlamalarla çıxış edib.

 V.Jirinovskiy , Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edib .

"Axı Qarabağ problemini necə həll edək? Əgər Qarabağı Azərbaycana qaytarsaq, ermənilər inciyəcək. İndiki status-kvo tanınsa, siz inciyəcəksiniz. Mən üçüncü variantı təklif edirəm - Qarabağı Moskvanın nəzarəti altında olan ərazi kimi elan edə bilərik. Qoy Rusiya bu zonada erməni və azərbaycanlıların təhlükəsizliyini, insanların sərbəst hərəkətini təmin etsin, iqtisadiyyatı bərpa etsin. Bunu bir müddətlik variant qismində istifadə etmək olar. Qarabağda Azərbaycan bayrağının dalğalanmağını istəmirlər. Bunun üçün ümumi, misal üçün MDB bayrağı fikirləşmək olar. Qoy orada Rusiya, Azərbaycan və Ermənistan bayrağının elementləri olsun .

Moskva üçün çox ağırdır. Götürək gürcü-abxaz münaqişəsini. Onlar heç vaxt sülh əldə etməyəcək. Gürcüstan müstəüil Abxaziyanı istəmir, Abxaziya isə Gürcüstanın tərkibinə qayımağı ağlına belə gətirmir. İstəmirlər ki, Cənubi Osetiya olsun. Bundan əlavə, bizim Şimali Osetiyamız da var .

Bütün bunlar sovet hakimiyyətinin qalıqlarıdır. Çar Rusiyası dövründə bu problemlər olmayıb. Bakı və İrəvan quberniyaları var idi. Hər şər qarışdı. Problemlər yox idi, çünki ərazi bölgüsü var idi, milli mənsubiyyət bölgüsü yox. Lakin siz indi müstəqil dövlətlərsiniz və geriyə yol yoxdur. Olan oldu. Siz anlamalısınız ki, Moskvanın simpatiya və antiptiyası yoxdur. Bizə heç bir müharibə lazım deyil. SSRİ-ni saxlamaq və bütün münaqişələri boğmaq lazım idi. Etnik zəmində münaqişələrə yol vermək olmazdı. Onları kökündən kəsməliydik", - deyə Jirinovskiy bildirib .

Dağlıq Qarabağda hərbi toqquşmalar və əsgər ölümləri ilə suala cavab verən siyasətçi əraziyə rus ordusunun yeridilməli olduğunu qeyd edib .

"Nə qədər ki, məsələ həll olunmayıb, ordular bir-birinə qarşı dayanıb, zaman-zaman atışma, təxribatlar yaranacaq. Nə edək? Tərəflər arasında toqquşmaları dayandırmaq üçün Qarabağa rus ordusunu yeritmək lazımdır. Bax, sovet dövründə Cənubi Qafqazda sovet ordusu dayanırdı, mən orada 2 il xidmət etmişəm. Tam sakitlik idi, heç bir münaqişə və etnik toqquşmalar yox idi, - deyə Liberal Demokrat partiyası lideri vurğulayıb.

  • Yazılıb
  • da (də) 2015 Mar 26