Tarix : 2015 Mar 26
Kod 45618

Ermənistan Respublikasinda keçirilən beynəlxalq mediaforumun iştirakçıları Dağlıq Qarabağa qanunsuz səfər ediblər

Hikmət Hacıyev : Ermənistan Respublikasinda keçirilən beynəlxalq mediaforumun iştirakçılarınin Azərbaycan dövlətinin razılığı olmadan onun işğal olunmuş ərazilərinə səfəri ölkənin "Dövlət sərhədi haqqında" qanununu pozmaq deməkdir

Arannews - Ermənistan paytaxtında 18-23 mart tarixlərində keçirilən beynəlxalq mediaforumun iştirakçıları Azərbaycanın işğal olunmuş ərazisi - Dağlıq Qarabağa qanunsuz səfər ediblər.

kavkaz-uzel.ru” saytınin verdiyi məlumata görə, “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş forumun 30 iştirakçısı işğal altındakı Azərbaycan torpaqlarına 3 günlük tur həyata keçiriblər. Dağlıq Qarabağa səfər çərçivəsində onlar separatçı rejimin rəhbərliyi ilə görüşüblər və muzeylərə, fabriklərə baş çəkiblər .

Qanunsuz səfərdə iştirak edən jurnalistlər arasında Rumıniyanın “Adevarul” qəzetinin jurnalisti Yelena Dumitru, Rusiyanın “Arqumentı i faktı” qəzetinin jurnalisti Aleksandr Kolesniçenko, “Çexiya radiosu”nun aparıcısı Monika Xorsakovanın adları çəkilir .

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bildirib ki, işğal olunmuş torpaqlara qanunsuz səfər edən jurnalistlərlə bağlı müvafiq tədbirlər görüləcək: “Jurnalistlərin Azərbaycan dövlətinin razılığı olmadan onun işğal olunmuş ərazilərinə səfəri ölkənin "Dövlət sərhədi haqqında" qanununu pozmaq deməkdir. Dünyadakı əksər ölkələrin xarici siyasət idarələri vətəndaşlarına bu kimi qanunsuz səfərlərdən çəkinmək barədə xəbərdarlıq edib. İşğal altındakı ərazilərə səfər edən şəxslər öz təhlükəsizliklərini də nəzərə almalıdırlar. Orada müharibə vəziyyətinin hökm sürməsi ilə bərabər, insan alveri, silah qaçaqmalçılığı, narkotik vasitələrin istehsalı və tranziti, terrorçu hazırlığı və digər qanunsuz fəaliyyətlər də həyata keçirilir”.

  • Yazılıb
  • da (də) 2015 Mar 26