Tarix : 2015 Mar 24
Kod 45616

Ərdoğan Atatürkün yaxtasından istifadə edəcək

Türkiyə preidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkə məxsus tarixi Savarona yaxtasından xarici səfərlərində və dövlət başçılarının qəbulunda istifadə edəcək.

AranNews-ın modern.az saytina istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik bəyan edib: “Yaxtadan prezidenti xarici səfərlərində, yaxud dövlət başçılarının qəbulunda istifadə edilə bilər. Beləliklə, prezident xaricdə olarkən belə onları Türkiyə ərazisində şam yeməyinə dəvət etmək imkanı əldə edəcək ”.
O, əlavə edib ki, gəmidə yenidənqurma işləri davam edir. Mart ayının əvvəllərində Ərdoğan ilk dəfə yaxtada xarici siyasi xadimləri – Bosniya və Hersoqovinanın Rəyasət Heyətinin Bosniya müsəlmanlarından olan üzvü Bəkir İzetbeqoviçi qəbul edərək Bosfor boğazında gəzintiyə çıxıblar.
136 metrəlik Savarona 1931 -ci ildə amerikalı mühəndis Uilyam Frensis Qibbsin layihəsi əsasında hazırlanıb, 1938 -ci ildə Türkiyə hökuməti tərəfindən alınaraq Atatürkə verilib. Burada Nazirlər Kabinetinin iclasları keçirilib, xarici ölkələrin liderləri qəbul olunub. Onu 1989 -cu ildə biznesmen Qəhrəman Sadıqoğlu alaraq turist xidmətləri üçün istifadə edib, 2010 -cu ildə isə tarixi yaxta yenidən dövlət tərəfindən alınıb .

  • Yazılıb
  • da (də) 2015 Mar 24