Tarix : 2015 Mar 22
Kod 45608

Azərbaycan hərbçiləri 20-dək erməni əsgərini məhv edib və yaralayıb - Müdafiə Nazirliyi

Bakı, 19 mart, SalamNews. Qoşunların təmas xəttində guya Silahlı Qüvvələrimizin bölmələri tərəfindən təxribat törədilməsi barədə Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır.

AranNews-ın " Salam News" saytina istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Məlumatda deyilir ki, martın 19 -da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20 -dək erməni hərbi qulluqçusunu məhv edib və yaralayıb.
Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini yayındırmağa çalışırlar .Silahlı Qüvvələrimizin tank bölmələrinin heyətləri qarşısında çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov ermənilərin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlara cavab olaraq bildirib ki, düşmən birmənalı olaraq anlamalıdır ki, özgə torpağına soxulub və sağ-salamat qalmasının yeganə yolu işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir.

  • Yazılıb
  • da (də) 2015 Mar 22