Tarix : 2015 Mar 18
Kod 45600

İlham Şaban : İranın aktiv iştirakı ilə region ölkələri arasında ticarəti sürətləndirmək olar

Azərbaycanlı ekspert : İran 30 illik sanksiyalar dövründə daxili potensiallarına söykənərək, rəqabətə malik istənilən məhsulu daha ucuz qiymətə istehsal edə bilib

Arannews -  Azərbaycan Respublikasında iqtisadçı ekspert İlham Şaban bildirib ki, İranın aktiv iştirakı ilə region ölkələri arasında ticarəti sürətləndirmək olar.

İlham Şaban İRNA ilə müsahibədə regionda ticarətin inkişafı üçün böyük potensialların olduğuna toxunaraq əlavə edib: Azərbaycan Respublikası və İran əməkdaşlığı genişləndirməklə bu potensiallardan münasib formada faydalana bilərlər .

Azərbaycan Respublikasının şimal sərhədləri yaxınlığında ümumilikdə 4-5 milyon əhalisi ilə Rusiyanın bir neçə muxtar respublikasının İran İslam Respublikasının istehsalçıları üçün münasib bazar ola biləcəyini qeyd edən Şaban deyib: İran öz məhsullarını Azərbaycan Respublikası vasitəsi ilə bu bazarlara ixrac etməklə çoxlu iqtisadi gəlirdən faydalana bilər .

Azərbaycanlı ekspertin sözlərinə görə, İran 30 illik sanksiyalar dövründə daxili potensiallarına söykənərək, rəqabətə malik istənilən məhsulu daha ucuz qiymətə istehsal edə bilib .

İlham Şaban əlavə edib: Azərbaycan Respublikası da tranzit ölkə olaraq bu ticarətdən faydalana bilər .

Şaban müsahibəsinin digər bir hissəsində Azərbaycan Respublikası ilə İran arasında qeyri-neft sektorlarında müştərək əməkdaşlıq və fəaliyyətin gücləndirilməsini önəmli adlandıraraq deyib: Bu addım ticarətin gücləndirilməsi istiqamətində sərhəd sadələşdirilmələri və lazımi şəraitin yaradılması ilə yanaşı ola bilər. Bu isə iki ölkə xalqları arasında iqtisadi münasibətlərin genişlənməsinə səbəb olacaqdır.      

  • Yazılıb
  • da (də) 2015 Mar 18