Tarix : 2015 Mar 18
Kod 45595

Azərbaycan Respublikasinda məscidin sökülməsi cəhdi dindarları ayağa qaldırıb

dindarları məscidin sökülməməsini tələb edirlər

Arannews -  Beyləqan rayonunda məscidin sökülməsi cəhdi dindarları ayağa qaldırıb .

Məlumata görə, Beyləqan rayonunda  hazırda təmir edilməkdə olan qədim tarixi keçmişə malik  məscidin "yuxarı"dan verilən göstərişlə sökülməsi cəhdi əhalini, xüsusən də dindarları ayağa qaldırıb. Aksiya keçirən əhali məscidin sökülməməsini tələb edirlər. Məscidin sökülməsinə səbəb isə, məscidin yaxınlığında yerləşən fərdi yaşayış evinin həyətinə çıxış yolun olmamasıdır. M.Beyləqani bildirib ki, Beyləqan Rayon Torpaq Şöbəsinin müdiri Rafail Pəsiyev rayonun Qəhrəman adlı sakininə torpaq satıb. Məscidin arxasında yerləşən həmin torpağın həyətinə isə çıxış yolu çəkilməyib. Belə ki, öz həyətinə yol çəkmək istəyən Qəhrəman kişi torpaq şöbəsinin müdirindən həyətə çıxış yolu üçün əlavə torpaq verməsini tələb edib. Rafail də bunun üçün məscidin sökülməsini göstəriş verib. Çünki, onun həyətinə yol yalnız məscidin həyətindən keçir.  

 Qeyd edək ki, həmin məscidin sökülməsi məsələsi bir ildən çoxdur ki, gündəmin mövzusu olub. Lakin son günlər məscidin sökülməsi üçün Beyləqan Rayon Torpaq Şöbəsinin müdiri tərəfindən göstərişin verilməsi əhalini ayağa qaldırıb. Məscidin heç bir məhkəmə qərarı olmadan sökülməsi isə dindarları daha da qəzəbləndirib.  

Xatırladaq ki, Beyləqan rayonunda sökülməsi planlaşdırılan məscid tarixi abidə kimi də dəyərləndirilir. Orada hər gün ibadət edilir, dindarlar namaz qılırlar. Hətta cümə günləri Cümə namazı qılmaq üçün rayonun məscidə yaxın yaşayan yüzlərlə sakini  məscidə axışırlar. Məscidin bir neçə il bundan əvvəl təmirə ayrıldığı da istisna edilmir .  

  • Yazılıb
  • da (də) 2015 Mar 18