Tarix : 2015 Mar 12
Kod 45557

Gürcüstan-Azərbaycan sərhədində kütləvi etiraz aksiyası

aksiya iştirakçıları magistral yolu kəsərək Azərbaycandan Gürcüstana gedən maşınların hərəkətinə imkan verməyiblər

Arannews -  Gürcüstan-Azərbaycan sərhədindəki Laqodexi gömrük-keçid məntəqəsindəki avtomobil yolunda hərəkət dayandırılıb. Buna səbəb hər iki tərəfdən olan rayonların yerli sakinlərinin keçirdiyi etiraz aksiyasıdır .

aksiya iştirakçıları magistral yolu kəsərək Azərbaycandan Gürcüstana gedən maşınların hərəkətinə imkan verməyiblər. Onlar Azərbaycan tərəfinin tətbiq etdiyi yeni qaydalardan narazı qaldıqlarını bəyan ediblər. Bildiriblər ki, aksiyaya səbəb də yeni qaydaların qəbuledilməz olmasıdır .

Aksiya iştirakçıları Gürcüstan və Azərbaycan hökumətlərinə müraciət edərək bu məsələni tezliklə həll etməyə çağırıblar .

Qeyd edək ki, “Avro 4” standartlarının tələblərinə cavab verməyən avtomobillərin sərhədi keçməsinə qadağa qoyan məhdudiyyətlər bu yaxınlarda qüvvəyə minib .

  • Yazılıb
  • da (də) 2015 Mar 12