Tarix : 2015 Mar 05
Kod 45515

İnsan haqları gözətçiləri təşkilatı Azərbaycan Respublikasından həbsdə olan hüquq müdafiəçilərini azadlığa buraxmasını istəyi

İnsan haqları gözətçiləri təşkilatının bildirdiyinə görə, Azərbaycan hökuməti hüquq müdafiəçilərinə narkotik və silah saxlama, vergidən yayınma, xuliqanlıq, dövlətə xəyanət kimi ittihamlar vurub

Arannews - İnsan haqları gözətçiləri təşkilatı bu Dünən bir bəyanat yayaraq Azərbaycan Respublikasından həbsdə olan hüquq müdafiəçilərini azadlığa buraxmasını istəyib.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikasında ötən milad ilində 35 hüquq müdafiəçisi və jurnalist həbs olunub. Bu isə, bir çox hüquq müdafiəçilərinin ölkəni tərk etmələri yaxud gizlənmələri ilə nəticələnmişdir.

İnsan haqları gözətçiləri təşkilatının bildirdiyinə görə, Azərbaycan hökuməti hüquq müdafiəçilərinə narkotik və silah saxlama, vergidən yayınma, xuliqanlıq, dövlətə xəyanət kimi ittihamlar vurub.

İnsan haqları gözətçiləri təşkilatı Avropa rəhbərlərindən rəsmi Bakıya Avropa yay olimpiya yarışları üçün öz yüksək səviyyəli heyətlərini göndərməyəcəkləri barədə xəbərdarlıq etmələrini və bunun belə olmaması üçün nahaq yerə həbs edilən bütün məhbusların azad edilməsi şərtini irəli sürmələrini istəyib. Azərbaycan Respublikası paytaxtı Bakı şəhəri Avropa yay olimpiya yarışları-2015-ə ev sahibliyi edəcəkdir.

  • Yazılıb
  • da (də) 2015 Mar 05