Tarix : 2015 Mar 05
Kod 45513

Azərbaycan Respublikasında dövlət qurumlarında ixtisar prosesi davam edir

“Bakı Metropoliteni”, “Azərenerji” və digər qurumlardan sonra “Azərkörpü”də də ixtisarlara start verilib

Arannews - Neftin ucuzlaşmasından sonra Azərbaycan Respublikasında dövlət qurumlarında başlayan ixtisar prosesi davam edir.

Azadlıq qəzeti xəbər verir ki, “Bakı Metropoliteni”, “Azərenerji” və digər qurumlardan sonra “Azərkörpü”də də ixtisarlara start verilib. Məlumatda deyilir ki, yüzlərlə işçi ixtisara salınıb. Həmçinin bəlli olub ki, bütün layihələr dayandırılıb. Qəzet məlumat verib ki, bəzi tikinti şirkətləri də sıxıntı içindədir. Məlumatda deyilir ki, həmin şirkətlər bütün layihələrə ara verib. İşçilərlə bağlı vəziyyət isə hələ qeyri-müəyyəndir.

  • Yazılıb
  • da (də) 2015 Mar 05