Tarix : 2015 Mar 05
Kod 45511

Azərbaycan və Bolqarıstan prezidentlərinin təkbətək görüşü olub

Görüşdə Azərbaycan və Bolqarıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, humanitar, mədəni və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb

Arannews - Sofiyada Azərbaycan prezidenti İlham Əliyevin bolqarıstanlı həmkarı Rosen Plevneliyevlə təkbətək görüşü olub .

Görüşdə Azərbaycan və Bolqarıstanarasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, humanitar, mədəni və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Azərbaycan prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi işinə böyük töhfə verəcəyi qeyd olunub. Əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivin və yaxşı imkanların olduğu bildirilib .

Söhbət zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Yazılıb
  • da (də) 2015 Mar 05