Tarix : 2015 Mar 05
Kod 45510

BOLQARISTANDA MƏSCİD TƏHQİR OLUNDU

məscidin girişinə donuz ayaqları ilə qanlı ürəklər qoyulub

Arannews - Bolqarıstanın Blaqoevqrad şəhərindəki məscidin girişinə donuz ayaqları ilə qanlı ürəklər qoyulub.

Bolqar mediası bunun təxribat kimi qiymətləndirib. Media hadisənin Bolqarıstanın Osmanlıdan ayrılaraq müstəqilliyini elan etməsinin 137-ci ildönümünün qeyd olunduğu gündə reallaşdırılmasına diqqət çəkib. Gecə yarısı baş verən hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Qeyd edək ki, keçən həftə Blaqoevqrad bölgəsində yaşayan müsəlmanlar son dövrdə bölgədə islam dininə qarşı hücumlara etiraz etmək məqsədi ilə “Gotz Delçev”də yürüş təşkil edib. Yürüşə qatılan müsəlmanlar “Ayrıseçkiliyə, islamafobiyaya yox” şüarı ilə sülhməramlı çağırışlar ediblər

  • Yazılıb
  • da (də) 2015 Mar 05