Tarix : 2015 Mar 05
Kod 45507

Demokratiya və İnsan Haqları Mərkəzinin toplantisi keçirildi

Toplantida siyasi məhbuslar problemi, hakimiyyətlə siyasi partiyalar arasındakı görüşün nəticələri, bu ilin iyununda Bakıda keçiriləcək I Avropa idman oyunları ətrafında yaranmış vəziyyət müzakirə edilib

Arannews - Martın 4-də Demokratiya və İnsan Haqları Mərkəzinin iclası olub. 

iclasda siyasi məhbuslar problemi, hakimiyyətlə siyasi partiyalar arasındakı görüşün nəticələri, bu ilin iyununda Bakıda keçiriləcək I Avropa idman oyunları ətrafında yaranmış vəziyyət müzakirə edilib.

Siyasi məhbuslar məsələsi sahəsində vəziyyətin daha da ağırlaşması və siyasi partiyalarla hakimiyyət nümayəndələri arasında təmaslardan hər hansı real nəticələrin olmamasının ictimai rəydə haqlı narahatlığa və təəssüfə səbəb olması və Mərkəzə daxil olan siyasi partiyaların bunu bölüşdüyü qeyd olunub.   

Toplantıda KXCP, Azadlıq, Az DP, VİP, ALDP, Aydınlar, BAP, AXP sədrləri iştirak ediblər.

  • Yazılıb
  • da (də) 2015 Mar 05