Tarix : 2015 Mar 05
Kod 45506

Moskva şəhərində yaşayan möminlər, Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadət günləri ilə bağlı əzadarlıq məclisi keçiriblər

Tədbirdə rusiyada yaşayan bir neçə ilahiyyatçılar və möminlər iştirak edib

Arannews - Rusiya Fedarasiyasında Xanım Zəhranın (s.ə) şəhadət günləri keçirilir.

Moskva şəhərində yaşayan möminlər, şiələrin hüseyniyəsində Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadət günləri ilə bağlı əzadarlıq məclisi keçiriblər.

İlk öncə məclisi Hacı Ramin Qurani-Kərimin tilavəti ilə başlayıb.

Qurani-Kərim tilavətindən sonra ilahiyyatçı Hacı Asif moizə edərək, Fatimeyi Zəhranın (s.ə) həyatından söhbət açmış və mərasim iştirakçılarına, dünya müsəlmanlarına və Zəmanə İmamına (ə.f.) başsağlığı vermişdir .

Kərbəlayi Mubin və hacı Raminin şəhadət gecəsində səsləndirdiyi rozə və mərsiyyələr məclisi dahada nurani edib.Tədbirdə rusiyada yaşayan bir neçə ilahiyyatçılar və möminlər iştirak edib.

  • Yazılıb
  • da (də) 2015 Mar 05