Tarix : 2015 Mar 05
Kod 45505

Rusiya Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşən hərbi bazasının təlimləri başlayıb

Təlimlər martın sonunadək davam edəcək

Arannews - Rusiya Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşən hərbi bazasının təlimləri başlayıb.

təlimlərdə rusların 400 dən çox artilleriyaçısı iştirak edir.

Təlimlər dəniz səviyyəsindən 2 min metr yüksəklikdə keçirilir və martın sonunadək davam edəcək.

Məşğələlər döyüş atışı ilə birlkdə artilleriyaçıların taktiki təlimləri ilə başa çatacaq. Bu zaman dağlıq ərazidə şərti düşmənin obyekt və canlı qüvvəsinin məhv edilməsi tapşırığı yerinə yetiriləcək.

Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşir.

  • Yazılıb
  • da (də) 2015 Mar 05