Tarix : 2015 Mar 04
Kod 45503

İran və Azərbaycan Respublikası iqtisadi sahələrdə qarşılıqlı əməkdaşlıqları genişləndirəcəklər

iki ölkə arasında bir çox tarixi və mədəni ortaqlıqları xatırladaraq iqtisadi sahədə qarşılıqlı razılaşmaların icra olunması üçün lazımı...

Arannews -  İran İslam Respublikası xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpur Dünən Bakıda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşündə qarşılıqlı əlaqələrin inkişaf yolları müzakirə edilib. İİR xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini iki ölkə arasında bir çox tarixi və mədəni ortaqlıqları xatırladaraq iqtisadi sahədə qarşılıqlı razılaşmaların icra olunması üçün lazımı mexanizmlərin hazırlanmasını vurğulayıb. Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini də bu görüşdə deyib: Cənab Rəhimpurun beş Xəzəryanı ölkənin iclasında iştirakı iki ölkə arasında münasibətləri nəzərdən keçirmək və əməkdaşlıqlar qarşısında duran maneələri aradan qaldırmaq istiqamətində lazımı təşəbbüslər həyata keçirmək üçün əlverişli fürsət yaratmışdır. Xələf Xələfov yaxın günlərdə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və müştərək iqtisadi komissiyanın azərbaycanlı həmsədrinin İrana səfərindən xəbər verərək ümidvar olduğunu bildirib ki, iki ölkə iqtisadi sahələr xüsusilə enerji və tranzit sahələrində qarşılıqlı əməkdaşlıqları dahada genişləndirəcəklər. Tərəflər bu görüşdə iki ölkənin enerji sahəsindəki müştərək əməkdaşlıqlarına eləcə də öncəki razılaşmaların icra edilməsinə təkid ediblər. İbrahim Rəhimpur Xəzər dənizinin konvensiyasının hazırlanması üzrə 39-cü iclasda iştirak etmək üçün bir heyətə başçılıq edərək Bakıda səfərdədir. Xəzəryanı ölkələrin bu iclası XİN müavinləri səviyyəsində, İran, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiyanın iştirakı ilə sabah öz işinə başlayacaq. Bu iki günlük iclasda Xəzər dənizinin hüquqi statusu ilə əlaqədar məsələlər müzakirə ediləcək.

  • Yazılıb
  • da (də) 2015 Mar 04