Tarix : 2015 Mar 04
Kod 45501

Xanım Fatimeyi Zəhra (s.ə)-ın şəhadətinin ildönümü günü

Bu böyük xanım İslamın zühur etdiyi ilk illərdə cərəyan edən hadisələr zaman atası həzrət Məhəmməd(s.ə.s) və həyat yoldaşı İmam Əli(ə)-ın kənarında olmuş, İslam peyğəmbərinin(s.ə.s) cənnət gənclərinin ağaları adlandırdığı İmam Həsən(ə) və İmam Hüseyn(ə)-ı tərbiyə etmişdir

Arannews -  Bu gün 13 cəmadiül-əvvəl 1436-cı hicri qəməri ili və 4 mart 2015-ci il bəzi rəvayətlərə görə İslam peyğəmbərinin(s.ə.s) əziz qızı həzrət Fatimənin(s.ə) şəhadətinin ildönümü günüdür.

 Rəvayətə əsasən 1425 il öncə belə bir gündə, hicrətin 11-ci ili cəmadiül-əvvəl ayının 13-də İslam peyğəmbərinin(s.ə.s) əziz qızı və Əli ibn Əbu Talibin(ə) həyat yoldaşı olan xanım Fatimənin(s.ə) qısa sürən amma, böyük əxlaq və mənəviyyat dərsləri ilə dolu olan ömrü başa çatır.

Bu böyük xanım İslamın zühur etdiyi ilk illərdə cərəyan edən hadisələr zaman atası həzrət Məhəmməd(s.ə.s) və həyat yoldaşı İmam Əli(ə)-ın kənarında olmuş, İslam peyğəmbərinin(s.ə.s) cənnət gənclərinin ağaları adlandırdığı İmam Həsən(ə) və İmam Hüseyn(ə)-ı tərbiyə etmişdir.

Həzrət Fatimənin(s.ə) şəxsi səciyyələri barədə bir çox alim danışmış və o xanımı müsəlman bir qadın üçün kamil bir nümunə adlandırmışdır. İman, paklıq, sədaqət, agahlıq və elm kimi üstün xüsusiyyətləri həzrət Fatiməni(s.ə) müsəlman qadınlar üçün bir nümunəyə çevirmişdir. Elə buna görə də, əziz İslam peyğəmbəri(s.ə.s) qızı xanım Fatiməni(s.ə) dünya qadınlarının xanımı adlandırmışdır. 

  • Yazılıb
  • da (də) 2015 Mar 04