Tarix : 2015 Mar 03
Kod 45497

İran-Azərbaycan münasibətlərinin perspektivi daha yaxşı olacaq

iki ölkə münasibətlərinin gələcəyi hazırkından çox yaxşı olacaq

Arannews -  Azərbaycan Birlik Partiyasının sədri Xudu Xudiyev deyib: İran və Azərbaycan arasında bağların dərin tarixi köklərə malik olmasını nəzərə alaraq, iki ölkə münasibətlərinin gələcəyi hazırkından çox yaxşı olacaq.

Xudu Xudiyev hazırda iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin az olduğunu deyib: "İran məhsullarının yaxşı keyfiyyətə və münasib qiymətə malik olmasını nəzərə alaraq, İran məhsullarının iri həcmdə ölkəyə gətirilməsinə şərait yaradılmalıdır". X.Xudiyev daha sonra Azərbaycanın iqtisadi vəziyyətinə işarə edərək, iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsini xüsusilə də tikinti materialları sektorunun aktivləşdirilməsini faydalı adlandırıb. Birlik Partiyasının sədri həmçinin, İranın turizm və səhiyyə sahəsində də yaxşı imkanlara malik olduğunu xatırladaraq, deyib: Xüsusilə Ərdəbil vilayətinin mədən suları ilə zəngin olması azərbaycanlıların bu ilahi nemətdən faydalanmasına münasib şərait yaradır.

  • Yazılıb
  • da (də) 2015 Mar 03