Tarix : 2015 Mar 03
Kod 45491

Azərbaycanda bir neçə saytın fəaliyyəti dayandırılıb

martın ۱-dən etibarən “Teleqraf Holding” və “APA Holding” in tərkibinə daxil olan ۶ sayt ləğv edilib.

AranNews- Məlumat üçün bildərək ki, artıq bir neçə gündür həmin şirkətlərə daxil olan “Kult.az”, “Tabloid.az”, “İsvestiya.az” və “Kulis.az”, “Ailem.az” , “Avtolent.az” saytlarına giriş dayandırılıb. Sözügedən media holdinglərin daxilində fəaliyyət göstərən bu sahəvi saytların bir çoxu yeni fəaliyyətə başlamışdı .
Məsələni dəqiqləşdirmək üçün “Qafqazinfo” media rəhbərləri ilə əlaqə saxlayıb. “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, bu gün şirkət bununla bağlı xüsusi açıqlama yayacaq və əlavə şərh verməkdən imtina edib .
Teleqraf Holding”in rəhbəri Aynur Camalqızı isə məşğul olduğunu və hazırda danışa bilməyəcəyini bildirib .
Əldə etdiyimiz digər məlumatlara görə, fəaliyyəti dayandırılan saytlar Holdinglərdəki digər saytlara birləşdiriləcək .

  • Yazılıb
  • da (də) 2015 Mar 03