Tarix : 2015 Mar 02
Kod 45489

Ayətullah xamenei, "TOLSTOY" və "ŞOLOXOVUN" əsərləri barədə təəssuratlarini boluşub.

İran inqilabının ali lideri Ayətullah Xamenei Aleksey Nikolayeviç Tolstoyun “Əzablı yollarla” (Хождение по мукам) əsərini Mixail Şoloxovun “Sakit Don” (Тихий Дон) romanından üstün hesab etdiyini bildirib.

AranNews- bu barədə Ayətullah seyid Əli Xamenei öz rəsmi "twitter" səhifəsində Rusiya ədəbiyyatının bu iki incisi barədə təəssüratlarını bölüşərkən məlumat verib. Ayətullah Xamenei bildirib ki, o, Mixail Şoloxovun “Sakit Don” romanını oxuyub, lakin Aleksey Nikolayeviç Tolstoyun “Əzablı yollarla” əsərinin Rusiyada 1917 -ci ilin oktyabr inqilabını əks etdirməsi daha üstün xüsusiyyətdir.
Bildirək ki, Ayətullah Xamenei din alimləri və müctəhidlər arasında xarici, xüsusilə də rus ədəbiyyatına önəm verən nadir şəxsiyyətlərdəndir. Ayətullah Xamenei bir çox söhbətlərində İran və müsəlman gənclərinə böyük fransız mütəfəkkiri və yazıçısı Viktor Hüqonun "Səfillər" əsərini mütaliyə etməyi tövsiyə edib.

  • Yazılıb
  • da (də) 2015 Mar 02